AMB: Növbəti il cari əməliyyatlar hesabının profisiti 3 mlrd. dollar səviyyəsində gözlənilir

Tarix: 25 Dec 2025 09:00

2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək.

Şükran Məmmədov cari əməliyyatlar hesabının profisiti AMB CƏH 2026

Xəbər Lenti