Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 12:41
Ermənistan hökuməti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
APA xəbər verir ki, “Şoqakat” telekanalı yanvarın 1-dən ləğv ediləcək.
Qərarın əsaslandırılmasında qeyd olunur ki, belə bir addımın əsası 24 oktyabr 2025-ci il tarixli "Audiovizual Media" haqqında qanuna edilən dəyişikliklərdir.
“Şoqakat” telekanalı hökumət tərəfindən 2011-ci ilin fevral ayında yaradılıb, səhmlərin idarə edilməsi İctimai Televiziya Şurasına verilib. Teleşirkətin əsas vəzifəsi mənəvi və mədəni proqramlar göstərmək olub.
***
11:56
Erməni Kilsəsi dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyət hüququ əsasında istifadə etdiyi torpaq sahələrindən ödənişsiz istifadə hüququndan məhrum edilib.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin qərarında bildirilib.
Bundan sonra Erməni Kilsəsi həmin torpaq sahələrinə yalnız ödənişsiz istifadə hüququ əsasında sərəncam verə biləcək.
Erməni Kilsəsi mülkiyyət torpaq telekanal