Çin səfiri: Azərbaycanla viza rejiminin qarşılıqlı ləğvindən sonra turist axını əhəmiyyətli dərəcədə artıb

Tarix: 25 Dec 2025 11:49

“Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə vətəndaşlarının adi pasportlarla qarşılıqlı vizadan azad olunması barədə Saziş imzalanıb. Vizadan azad rejim çərçivəsində turist axını əhəmiyyətli dərəcədə artıb”.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransında çıxışı zamanı bildirib.

Səfirin sözlərinə görə, yanvar–oktyabr aylarında Azərbaycana gələn çinli turistlərin sayı 57 min nəfəri ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz çoxdur.

Səfir qeyd edib ki, Azərbaycan gəncləri arasında Çin dilinə və mədəniyyətinə maraq artmaqda davam edir, daha çox universitetlər Çin dili proqramları açır: “Universitetlər, beyin mərkəzləri, media qurumları və mədəniyyət təşkilatları arasında qarşılıqlı səfərlər genişlənir, regionlararası əməkdaşlıq dərinləşir”.

Lu Mey qeyd edib ki, bu mübadilələr xalqlar arasında qarşılıqlı anlayışın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir.

İlqar Xudiyev Çin Xalq Respublikası səfir Lu Mey turist axını

Xəbər Lenti