Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 13:39
Ermənistanın Baş nazir Nikol Paşinyanın Sankt-Peterburqa səfəri zamanı onun Rusiyadakı erməni icması ilə görüşünü pozmaq üçün cəhdlər olub.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yayıb.
“Baş nazirin Rusiya Federasiyasına səfərinin və erməni icması ilə görüşünün uğursuz keçməsi üçün böyük səylər göstərildi. Lakin bu baş tutmadı və baş tutmayacaq”, - Simonyan sosial şəbəkədə yazıb. O, Paşinyana qarşı mitinqə dəvət olunmağa çalışıldığını iddia edilən bir abunəçi ilə yazışmanın şəklini də paylaşıb.
İlqar Xudiyev Paşiynan ermənilər rus icması görüş Simonyan