Türkiyə MN: Ukrayna-Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Tarix: 25 Dec 2025 13:23

Türkiyə Milli Müdafiə Nazirliyi son vaxtlar Türkiyə hava məkanına daxil olan PUA-larla bağlı narahatlığını ifadə edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazirliyin açıqlamasında Türkiyənin hava hücumundan güclü müdafiə olunduğu bildirilib:

“Hava məkanımızın nəzarəti radarlar, elektro-optik sensorlar, quru, dəniz və hava qüvvələri ilə NATO inteqrasiya olunmuş strukturu daxil olmaqla 7 gün 24 saat təmin edilir və bu sahədə hər hansı zəiflik yoxdur. Kiçik, aşağı hündürlükdə və aşağı radar kəsişməsinə malik PUA-lar yalnız Türkiyənin deyil, Avropa ölkələri də daxil olmaqla bütün dövlətlərin üzləşdiyi yeni nəsil bir təhdiddir. Bu cür hədəflərə qarşı müdaxilədə mülki hava nəqliyyatı və insan təhlükəsizliyi prioritet olaraq nəzərə alınır və ən uyğun qüvvə işə cəlb edilir. Nəticə etibarilə, qeyd olunan hadisələr bir hava müdafiə zəifliyindən çox, Ukrayna-Rusiya arasında davam edən münaqişə səbəbindən PUA istifadəsinin artmasının bir əksidir”, – Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb.

Dəryanur Cəfərova Türkiyə Ukrayna Rusiya PUA istifadəsi

Xəbər Lenti