KİV: Suriya hökuməti ilə SDQ arasında razılaşma bir neçə gün ərzində elan olunacaq

Tarix: 25 Dec 2025 14:27

ABŞ-ın dəstəyi ilə Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) arasında hərbi razılaşmanın elan olunmasına az qalıb.

APA xəbər verir ki, bu barədə anonim mənbə “Syria TV”yə danışıb.

Mənbənin məlumatına görə, Vaşinqton yeni ildən əvvəl razılaşmanın ərsəyə gəlməsi üçün hər iki tərəfə təzyiq göstərir. Sazişin dekabrın 27-dən yanvarın 3-nə qədər elan edilməsi gözlənilir.

Mənbə əlavə edib ki, razılaşmaya SDQ-nin Suriya ordusuna və Suriya Daxili Təhlükəsizlik Qüvvələrinə inteqrasiyası üçün mexanizm daxildir. Bundan başqa, SDQ üçün 3 ayrı hərbi diviziya yaradılması və bu diviziyaların Raqqa, Deyr əz-Zor və Hasaka şəhərlərində Müdafiə Nazirliyinə tabe olacağı gözlənilir.

Toğrul Quluzadə Suriya SDQ razılaşma ABŞ

Xəbər Lenti