Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 3 nəfər ölüb

Tarix: 25 Dec 2025 14:06

Rusiyanın ötən gecə Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında məlumat yayıb.

“Rusiya hətta müqəddəs Milad gecəsində belə Ukraynada mülki əhalinin qəddarcasına bombalanmasını dayandırmadı. Odessaya hücumlar nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Xarkovda bir nəfər, Çernixovda daha bir nəfər ölüb. Zaparojiye və Sumı regionlarında yaralılar var. Bu günlərdə ən çox ziyan Odessaya dəyir”,- Sibiqa qeyd edib.

Toğrul Quluzadə Rusiya Ukrayna Sibiqa

Xəbər Lenti