Türkiyədə zəlzələ olub

Tarix: 06 Jan 2024 17:26

Türkiyədə zəlzələ olub.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, Malatyada 4 bal gücündə zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, episentri Malatyanın Battalgazi rayonu olan zəlzələ yerli vaxtla saat 15.10-da 4 bal gücündə qeydə alınıb.

Zəlzələnin 8,76 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Xəbər Lenti