Polşa Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarəsini müşayiət edib

Tarix: 25 Dec 2025 15:09

Polşa Silahlı Qüvvələrinin qırıcıları bu gün Baltik dənizi üzərində uçan Rusiya kəşfiyyat təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb.

APA xəbər verir ki, bu barədə Polşa Ordusunun Operativ Komandanlığı “X” səhifəsində məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Polşa qırıcıları Baltik dənizinin beynəlxalq suları üzərində ölkənin hava məkanının sərhədlərinə yaxın uçuş həyata keçirən Rusiyaya məxsus kəşfiyyat təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb.

“Qrıcılarımız təyyarəni müəyyən edərək müşayiət etdi”, — qeyd edilib.

İlqar Xudiyev Polşa Rusiya təyyarəsi

Xəbər Lenti