Peskov Zelenskinin Milad təbrikini mədəniyyətsizlik adlandırıb

Tarix: 25 Dec 2025 14:57

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ukraynalıların kimin haqqında danışdığını birbaşa demədən “onun ölməsini” arzuladığını bildirən qalmaqallı Milad təbrikinə reaksiya verib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov Zelenskinin məlum bəyanatını mədəniyyətsizlik adlandırıb, Ukrayna liderini qeyri-adekvat olmaqda ittiham edib.

"Bu, (Zelenskinin Milad təbriki-red.), mədəniyyətsizlikdir və qəzəblidir. Mən sual vermək istərdim: o, siyasi və diplomatik vasitələrlə münaqişə ilə bağlı adekvat qərarlar qəbul etməyə qadirdirmi?" – deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, dünən Zelenski Milad təbrikində ad çəkmədən ukraynalıların onun ölməsini arzuladıqlarını bildirib. Rusiyada bu, Zelenskinin Putinə ölüm arzuladığı kimi qəbul olunub.

Fərid Əkbərov Zelenski Kreml Rusiya Milad təbrik

Xəbər Lenti