Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 16:28
Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi FHN yanğın Sumqayıt