Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 16:19
Rusiya ordusunun Çerniqov şəhərində yaşayış binasına pilotsuz uçuş aparatı ilə zərbəsi nəticəsində bir nəfər ölüb, biri uşaq olmaqla isə 5 nəfər yaralanıb.
APA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Çerniqov Hərbi-Mülki Administrasiyasının rəhbəri Dmitri Brijinskiy “Telegram” səhifəsində bildirib.
“5 mərtəbəli binaya zərbə endirilib. Mənzildə yanğın başlayıb. İlkin məlumatlara görə, bir nəfər həlak olub, beş nəfər yaralanıb, onlardan biri uşaqdır. Məlumat dəqiqləşdirilir”, — Dmitri Brijinskiy qeyd edib.
Bununla yanaşı, Rusiya ordusunun Donetsk vilayətinin Konstaninovka şəhərində evakuasiya missiyasını dronla vurması nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb.
Bu barədə Konstaninovka Şəhər Hərbi Administrasiyasının rəhbəri Serqey Qorbunov “Facebook” səhifəsində məlumat yayıb.
***
14:06
Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında məlumat yayıb.
“Rusiya hətta müqəddəs Milad gecəsində belə Ukraynada mülki əhalinin qəddarcasına bombalanmasını dayandırmadı. Odessaya hücumlar nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Xarkovda bir nəfər, Çernixovda daha bir nəfər ölüb. Zaparojiye və Sumı regionlarında yaralılar var. Bu günlərdə ən çox ziyan Odessaya dəyir”,- Sibiqa qeyd edib.
İlqar Xudiyev Rusiya Ukrayna Sibiqa