Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 17:33
Hesablama Palatasının İcbari Tibbi Sığorta Fondunun büdcəsinə rəy verməməsinin səbəbi açıqlanıb.
Bu barədə “APA-Economics”ə müsahibəsində Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə bildirib.
“İcbari Tibbi Sığorta Fondu ilə bağlı tənzimləmə nisbətən yenidir. 2022-ci ildə “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilərək Fond icmal büdcənin komponentlərinə daxil edilib.
Hesablama Palatasının Fondun auditini aparması ilə bağlı hər hansı problemi yoxdur və audit həyata keçirilib, nəticələr açıqlanıb.
Lakin Fondun büdcə layihəsinə və icrasına rəy verilməsi qanunvericilikdə təsbit edilməyib. Bu istiqamətdə müvafiq dövlət qurumları ilə müzakirələr aparılır və gələcəkdə qanunvericiliyə dəyişiklik edilməsi istisna olunmur” - Aparat rəhbəri qeyd edib.
Rahim Tarıverdiyev Hesablama Palatası İcbari Tibbi Sığorta Fondu