Ukrayna Britaniya raketləri ilə Rusiyada neft emalı zavoduna zərbə endirib, partlayışlar baş verib

Tarix: 25 Dec 2025 17:21

Ukrayna ordusu Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbə üçün “Storm Shadow” qanadlı raketlərindən istifadə olunub.

“Dekabrın 25-də Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri hava bazalı “Storm Shadow” qanadlı raketləri ilə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavoduna uğurlu zərbə endiriblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, zavod ərazisində çoxsaylı partlayışlar qeydə alınıb, hədəf uğurla vurulub.

Baş Qərargahdan o da bildirilib ki, Novoşaxtinsk zavodu Rusiyanın cənub bölgəsində ən iri neft məhsulları tədarükçülərindən biridir. Zavod həmçinin Ukraynada olan Rusiya ordusunun bölmələrini birbaşa neft məhsulları, xüsusilə dizel və aviasiya yanacağı ilə təmin edir.

İlqar Xudiyev Ukrayna ordusu Rusiya neft emalı zavodu zərbə Storm Shadow

Xəbər Lenti