Kobaxidze: Aİ-nin beynəlxalq hüququ pozması bumeranq effekti verib

Tarix: 25 Dec 2025 18:10

"Belə bir deyim var: nə əkərsən, onu da biçərsən. Avropa İttifaqının beynəlxalq hüquq standartlarını pozması ona bumeranq effekti verib".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin keçmiş avrokomissar və Aİ-nin bir neçə rəsmi şəxsinə qarşı tətbiq etdiyi viza məhdudiyyətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ-nin düzgün olmayan təcrübəsi indi onun özünə qarşı çevrilib.

"Avropa İttifaqı nümayəndələrinin bu məsələ ilə bağlı qəzəbli bəyanatlarını eşitmək bizim üçün çox maraqlıdır", - Kobaxidze əlavə edib.

Cəmilə Babayeva Avropa İttifaqı Gürcüstan

Xəbər Lenti