Hesablama Palatası: Auditlərin keçirilməsində vətəndaş müraciətləri nəzərə alınır

Tarix: 25 Dec 2025 17:48

Hesablama Palatasının rəsmi saytında “audit təklif et” bölməsi mövcuddur və vətəndaşlar bu bölmə vasitəsilə istənilən dövlət qurumu üzrə audit təklifi irəli sürə bilirlər.

Bunu “APA-Economics”ə müsahibəsində Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə bildirib.

“Daxil olan müraciətlər risk qiymətləndirilməsi əsasında dəyərləndirilir. Burada icra olunan vəsaitin həcmi, əvvəlki auditlərin aparılıb-aparılmaması və s. meyarlar nəzərə alınır.

İcbari Tibbi Sığorta Fondunda audit məhz bu cür vətəndaş müraciətləri əsasında aparılan risk qiymətləndirilməsinə əsasən müəyyən edilib” - deyə Tamerlan Yusif-zadə qeyd edib.

Rahim Tarıverdiyev Hesablama Palatası HP maliyyə büdcə

Xəbər Lenti