İsrail ordusu Livanda SEPAH-ın Qüds qüvvələrinin yüksək rütbəli komandirini məhv edib - VİDEO

Tarix: 25 Dec 2025 18:58

İsrail ordusu Livanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin yüksək rütbəli komandirlərindən birini məhv edib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) məlumat yayıb.

Bildirilib ki, Livanın Ənsariyyə bölgəsində SEPAH-ın Qüds qüvvələrinin əməliyyat şöbəsinin (840-cı şöbə) üzvü Hüseyn Mahmud Mərşəd əl-Cövhəri zərərsizləşdirilib.

https://t.me/apa_az/110993

Qeyd edilib ki, əl-Cövhəri İsrailə qarşı terror aktlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edib.

Toğrul Quluzadə İsrail SEPAH İran Qüds Qüvvələri

Xəbər Lenti