Zelenski Uitkoff və Kuşnerlə telefon danışığı aparıb

Tarix: 25 Dec 2025 20:46

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner ilə telefon danışığı apardığını bildirib.

APA xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında yazıb. Onun sözlərinə görə, tərəflər bəzi mühüm detallar ətrafında fikir mübadiləsi aparıblar.

“Birgə nəticə və davamlı sülh naminə işləyə biləcək yaxşı ideyalar var. Ümid edirəm ki, bugünkü Milad ərəfəsində əldə etdiyimiz bu razılaşmalar və müzakirə olunan ideyalar faydalı olacaq”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Xəbər Lenti