KİV: Hindistan Çinlə mümkün münaqişəyə hazırlıq məqsədilə Himalay dağlarında kommunikasiya xətləri qurur

Tarix: 25 Dec 2025 23:22

Hindistan hakimiyyəti Çinlə mümkün münaqişəyə hazırlaşmaq məqsədilə Himalay dağlarında yolların, tunellərin və uçuş-enmə zolaqlarının tikintisinə yüz milyonlarla dollar vəsait xərcləyir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hindistan qış aylarında təcrid vəziyyətində qalan yüksək dağlıq əraziləri hərbi postlar və mülki yaşayış məntəqələri ilə birləşdirməyi planlaşdırır.

Xəbər Lenti