Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 02:54
ABŞ dövlət katibi Marko Rubio Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığında Vaşinqtonun Pnompen və Banqkok arasında hərbi əməliyyatlara son qoymaq üçün dialoqun qurulmasına kömək etməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqottun yazılı açıqlamasında bildirilib.
Piqottun sözlərinə görə, Rubio Hun Manetlə söhbətində Kamboca və Tailand arasında davam edən zorakılıqdan narahatlığını ifadə edib. Dövlət katibi ABŞ Prezidenti Donald Trampın sülhə sadiqliyini və Kuala Lumpur sülh müqavilələrinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini bir daha təsdiqləyib.