Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 03:47
“Donald Trampın göstərişinə əsasən, Amerika Birləşmiş Ştatları Nigeriyanın şimal-qərbindəki İŞİD terrorçularına qarşı güclü hücum təşkil edib”. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth” sosial mediasında yazıb.
“Mən əvvəllər də bu terrorçulara xəbərdarlıq etmişdim ki, əgər onlar xristianların qətlini dayandırmasalar, cəzalandırılacaqlar və bu gecə də belə oldu. Hərbi Departament yalnız ABŞ-ın etməyə qadir olduğu çoxsaylı hücumlar həyata keçirdi. Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək”,-deyə Tramp əlavə edib.