- , 22 Dekabr, 2024
Tarix: 07.01.2024 09:41
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin qarşısında baş verib.
1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi "Mercedes 190" markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb.