Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 04:46
ABŞ-ın müdafiə naziri Pit Heqset Nigeriyada İŞİD terror qruplaşmasının mövqelərinə endirilən zərbədən sonra Vaşinqtonun yeni addımlar atacağını açıqlayıb.
APA xəbər verir ki, Heqset bu barədə X sosial şəbəkəsindəki paylaşımında yazıb.
“ABŞ Prezidenti Donald Tramp ötən ay açıq şəkildə bildirmişdi: Nigeriyada (və digər yerlərdə) günahsız xristianların qətli dayandırılmalıdır. Müdafiə Nazirliyi hər zaman hazırdır və İŞİD bunu bu gecə, Milad bayramında hiss etdi. Davamı gələcək”, – deyə Pit Heqset qeyd edib.