Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 07:16
Birjada gümüşün qiyməti tarixi maksimum səviyyəyə çataraq bir troya unsiyası üçün 75 dollar həddini keçib.
APA xəbər verir ki, bunu Comex birjasının məlumatları sübut edir.
Məlumata görə, gümüşün fyuçers qiyməti 4,87% artaraq bir troya unsiyası üçün 75,175 dollar olub.