Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 06:26
Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası SatNet orbitli rabitə peyklərinin 17-ci qrupunu uğurla kosmosa buraxıb. APA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti WeChat sosial şəbəkəsində məlumat yayıb.
Buraxılış cümə günü yerli vaxtla saat 07:26-da Çinin cənubundakı Haynan əyalətində yerləşən Vencan kosmodromunun kommersiya meydançasından həyata keçirilib. Start zamanı CZ-8A (“Çançjen-8A”) daşıyıcı raketindən istifadə olunub.
Qeyd olunur ki, bu buraxılış “Çançjen” raketləri seriyası üçün 620-ci missiya olub.