İmamoğlunun əsas rəqibi - AKP onu seçdi

Tarix: 07 Jan 2024 10:25

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mart ayında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri vəzifəsinə namizədinin adı açıqlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxs ölkənin keçmiş ətraf mühit və iqlim naziri Murat Kurumdur.

Bununla da, o, İstanbulun bələdiyyə sədri postu uğrunda İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğlunun əsas rəqibi olub.

Həmçinin bu xəbəri oxuyun: Российский эксперт: Армению сдерживают несколько факторов

Murat Kurum isə namizədliyinin elan edilməsindən sonra ilk açıqlamasında 16 milyon istanbullu üçün mübarizə aparacağını qeyd edib: “İstanbulun nizamsızlığını, insanların zəlzələ riski ilə bağlı qayğılarını birlikdə aradan qaldıracağıq”.

Xatırladaq ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər martın 31-i keçiriləcək. Ə. İmamoğlu 2019-cu ilin martından sözügedən vəzifəni icra edir. Belə ki, o, 2019-cu il martın 31-i ölkənin müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq 25 000 səs fərqi ilə AKP-nin namizədi Binəli Yıldırım üzərində qələbə qazanıb. Bunun ardınca, AKP etibarsız səslərin seçkiyə təsir etmiş ola biləcəyini iddia edib və Binəli Yıldırımı qalib elan edib. Səslərin yenidən hesablanması 2019-cu il aprelin 17-si başa çatıb və səs fərqi 16000-ə enib. Həmin gün sədrlik vəsiqəsi təqdim edilərək İmamoğlu vəzifəsinin icrasına başlayıb. Bununla belə, ölkənin Ali Seçki Şurası 6 may 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin yenilənməsinə qərar verib və Əkrəm İmamoğlunun vəsiqəsi geri alınıb. İmamoğlu 2019-cu il iyunun 23-ü yenidən keçirilən seçkilərdə qələbə qazanaraq İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri seçilib. 

Xəbər Lenti