Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 09:52
Gəncə şəhərinin ictimai nəqliyyat sistemində rəqəmsallaşma istiqamətində növbəti mühüm addım atılıb. Artıq şəhər sakinləri avtobuslarda gediş haqqını MPAY tətbiqində CityCard QR biletləri əldə edərək ödəyə bilərlər.
Yeni funksionallıq sərnişinlərə fiziki karta və ya nağd pula ehtiyac olmadan daha rahat, sürətli və təhlükəsiz ödəniş təcrübəsi təqdim edir.
Sərnişinlər gediş haqqını ödəmək üçün sadəcə bu addımları izləməlidirlər:
MPAY tətbiqindən Ödənişlər böməsinə keçid etmək; Nəqliyyat və Karqo xidmətindən CityCard-ı seçmək; “QR bilet al” funksiyasını aktiv etmək; Avtobusda quraşdırılmış kartoxucularda QR kodu skan etmək.MPAY tətbiqində aktiv olan bu funksiya ictimai nəqliyyatda ödəniş prosesini daha müasir, rahat və əlçatan edir. CityCard QR bilet texnologiyası sayəsində sərnişinlər gündəlik gedişlərini daha sürətli planlaya, ödənişi saniyələr ərzində həyata keçirə və nağdsız ödənişin üstünlüklərindən yararlana bilərlər.
Məlumat üçün bildirək ki, “MPAY” Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Tətbiq 550-dən çox xidməti vahid məkanda birləşdirərək, istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişlərini operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.
APA-Economics MPAY CityCard QR bilet