Bank əmanətçilərinin depozit gəlirləri 1.2 mlrd. manata yaxınlaşıb

Tarix: 26 Dec 2025 11:12

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 1 milyard 164.2 milyon manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% və ya 350.8 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 813.4 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari il dekabr ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% artaraq 37 milyard 202 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 4 milyard 554.2 milyon manat faiz gəliri əldə ediblər.

Şükran Məmmədov bank depozitləri bank əmanətçiləri bank əmanətçilərin faiz gəlirləri

Xəbər Lenti