Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 13:37
Cənubi Koreyanın xüsusi prokuroru Seul Mərkəzi Dairə Məhkəməsində sabiq prezident Yun Sok Yolun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, Yun Sok Yola qarşı ümumilikdə dörd cinayət işi açılıb. Bu işlər ölkədə 2024-cü il 3 dekabrda hərbi vəziyyətin tətbiqi cəhdi ilə bağlıdır.
Bu iş üzrə hökmün 16 yanvar tarixində — sabiq prezidentin həbs müddətinin bitməsinə iki gün qalmış elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etməyə cəhd göstərməkdə ittiham edilib. Parlament bu addımı qiyama cəhd kimi qiymətləndirərək ona qarşı impiçment proseduruna başlayıb.
Qeyd edək ki, bu ilin iyununda Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərində müxalif Demokratik Partiyanın namizədi Li Cje Myon qalib gəlib.
İlqar Xudiyev Cənubi Koreya sabiq prezidentin məhkəməsi