Azərbaycanda asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək

Tarix: 26 Dec 2025 13:23

Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun qəbul ediləcəyi halda 1 iyul 2027-ci ildən qüvvəyə minəcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Şükran Məmmədov asbest

Xəbər Lenti