İsrail Hizbullahın "Rizvan" qüvvələrinin təsisatlarına zərbələr endirib

Tarix: 26 Dec 2025 12:56

İsrail ordusu Hizbullahın elit bölməsi olan “Rizvan” qüvvələrinin təlim kompleksinə zərbələr endirib.

APA İsrail ordusuna istinadən xəbər verir ki, Hizbullah qüvvələri sözügedən kompleksdə müxtəlif silahlardan istifadə etməyi öyrənərək İsrailə qarşı hücumlar həyata keçirib.

Qruplaşmaya məxsus bir neçə silah anbarı da vurulub.

İsrail ordusu bu cür təsisatların mövcudluğunun Livanla əldə olunmuş razılaşmalara zidd olduğunu vurğulayıb və gələcəkdə də bu tip əməliyyatlar keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Toğrul Quluzadə İsrail Hizbullah

Xəbər Lenti