Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 12:54
Rusiyanın pilotsuz uçuş aparatının Çerniqovda beşmərtəbəli yaşayış binasına endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb, 3-ü uşaqdır.
APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çausa istinadən məlumat yayıb.
“Bu səhər məlum olub ki, Çerniqovda yaşayış binasına “Geran” tipli PUA-nın düşməsi nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan üçü uşaqdır”, - o “Telegram” kanalında məlumat verib.
Çaus xatırladıb ki, çoxmərtəbəli binaya endirilən zərbə nəticəsində 80 yaşlı qadın həlak olub.
İlqar Xudiyev Rusiya dron hücumu Ukrayna