Borrell Səudiyyə Ərəbistanına gedir

Tarix: 07 Jan 2024 14:13

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Səudiyyə Ərəbistanına səfər edəcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsinin ofisi məlumat yayıb.

Bildirilib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi 7-8 yanvar tarixlərində Səudiyyə Ərəbistanında səfərdə olacaq.

Səfəri zamanı o, xarici işlər naziri Şahzadə Faysal bin Farhan və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Jasem Mohamed Albudaivi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Aİ-nin top diplomatı keçirdiyi görüşlərdə Qəzza ətrafındakı vəziyyəti və bu münaqişənin regiona təsirlərini müzakirə edəcək.

O, həmçinin Qırmızı dənizdə narahatlıq doğuran eskalasiyaya toxunacaq.

Qeyd edək ki, bu səfər Borrellin regiona səfərinin bir hissəsidir.

Xəbər Lenti