Bazar ertəsi, 10 Noyabr, 2025
Tarix: 07.01.2024 14:53
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vaxtından əvvəl vəzifəsini tərk edə bilər.
“Qafqazinfo”nun “Politico”ya istinadən məlumatına görə, belə olduğu halda Macarıstanın Baş naziri Viktor Orban müvəqqəti olaraq Aİ Şurasına rəhbərlik edə bilər.
Məlumata görə, Ş.Mişel iyulda istefaya yollanarsa, Aİ liderləri onu əvəz edəcək namizəd barədə tez bir zamanda razılığa gəlməli olacaqlar: “Əgər onlar razılığa gələ bilmərsə, sədrlik Orbana keçəcək. Çünki 2024-cü ilin iyulundan dekabrına qədər Avropa İttifaqı Şurasına sədrlik edəcək”.