Timur Mindiç korrupsiya ittihamlarına münasibət bildirib

Tarix: 26 Dec 2025 17:23

İş adamı Timur Mindiç onun barəsində gedən səs-küylü korrupsiya işi ilə bağlı açıqlama verərək, mediada “günahkar” elan edildiyini bildirib.

APA xəbər verir ki, hazırda İsraildə yaşayan iş adamı “Politika Stranı”ya verdiyi verdiyi müsahibədə bu barədə məlumat verib.

Mindiçin sözlərinə görə, ona aid edilən iddiaların 90 faizi mediaya əsaslanır və o, özünün etmədiyi, hətta mövcudluğundan xəbərsiz olduğu çoxsaylı məsələlərdə ittiham olunur.

İş adamı istintaqla bağlı sualları şərh etməkdən imtina edib. O, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Herman Qaluşenko ilə tanış olduğunu təsdiqləsə də, onlara hər hansı göstəriş vermədiyini vurğulayıb. Eyni zamanda Umerovla zirehli jiletlərin alınması ilə bağlı telefon danışığının həqiqiliyini təsdiqləyib, lakin bunun kontekstdən çıxarılmış bir hissə olduğunu deyib.

Mindiç həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə çoxdan əlaqə saxlamayıb: “Zelenski ilə təəssüf ki, çox nadir hallarda ünsiyyətim olub. Hazırda isə ümumiyyətlə əlaqəm yoxdur. Prezidentliyi dövründə də təmaslarımız çox az idi”.

İlqar Xudiyev Mindiç Ukrayna korrupsiya işi Umerov Zelenski

Xəbər Lenti