Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 19:22
İsrail Somaliləndi rəsmi şəkildə tanıyan ilk ölkə olub.
APA xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb. Məlumatda qeyd edilib ki, “bununla bağlı sənədi İsrailin Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saar, Somalilənd tərəfdən isə prezident Abdirahman Mohamed Abdullahi imzalayıb”.
Qeyd edək ki, Somalilənd 1991-ci ildə Somalidən müstəqilliyini elan edib və heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayıb.
Toğrul Quluzadə İsrail Somalilənd rəsmi tanınma