Şənbə, 27 Dekabr, 2025
Tarix: 26 Dec 2025 21:55
ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və bir qrup Avropa lideri Ukraynadakı münaqişənin həlli məqsədilə danışıqları müzakirə etmək üçün şənbə günü onlayn görüş keçirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” məlumat verib.
Portal Ukrayna rəsmisinə istinadən bildirib ki, Zelenski, Tramp və bir qrup Avropa liderinin şənbə günü telefon danışığı keçirməsi gözlənilir.