Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 00:03
Yəmənin Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi, şərqi Hadramaut əyalətinin əhalisini Cənub Keçid Şurasının separatçılarından qorumaq üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib.
APA xəbər verir ki, bu barədə hökumətdəki mənbə Yəmənin SABA xəbər agentliyinə bildirib.
"İdarəetmə Şurasının sədri, silahlı qüvvələrin baş komandanı Yəmənin qanuni hökumətini dəstəkləyən koalisiya qüvvələrinə müraciət edərək Hadramaut vilayətinin mülki əhalisinin qorunması üçün bütün zəruri hərbi tədbirlərin görülməsini və vəziyyətin sabitləşdirilməsində silahlı qüvvələrə dəstək göstərilməsini xahiş edib", - mənbə bildirib.