Bu rayona qadın prokuror təyin edildi

Tarix: 07 Jan 2024 19:39

Samux rayonuna yeni prokuror təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Sözügedən vəzifə Könül Ələsgərovaya həvalə edilib.

Baş prokurorun bundan əvvəlki əmri ilə rayonun prokuroru Mayıl Hacıyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, K.Ələsgərova bundan əvvəl Bakı Şəhər Prokurorunun köməkçisi idi.

Sail Ağasəlim

Xəbər Lenti