FTB Direktoru qurumun köhnə qərargahının bağlandığını açıqlayıb

Tarix: 27 Dec 2025 06:57

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel agentliyin qərargahının bağlandığını və agentliyin başqa bir binaya köçdüyünü elan edib.

APA xəbər verir ki, Patel bu barədə öz “X” hesabında məlumat verib.

"20 ildən çox uğursuz cəhdlərdən sonra, FTB-nin Huver binasındakı qərargahını birdəfəlik bağlamaq və işçilərimizi təhlükəsiz, müasir bir müəssisəyə köçürmək planını yekunlaşdırdıq", - o yazıb.

Onun sözlərinə görə, qərargah bir neçə məhəllə aralıda yerləşən Ronald Reyqan binasına köçəcək.

Xəbər Lenti