Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 10:04
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi “Abşeron” gömrük postunda Çin xalq Respublikasından gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində “yumşaq oyuncaq” kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.
Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
APA-Economics DGK Gömrük nəzarətindən gizlədilən mallar















