Litva Ottava Konvensiyasından çıxıb

Tarix: 27 Dec 2025 12:31

Litva rəsmi olaraq piyada əleyhinə minaların tətbiqinin, ehtiyatlarının yığılmasının, istehsalının və ötürülməsinin qadağan olunması, eləcə də onların məhv edilməsi haqqında Ottava Konvensiyasından çıxıb.

APA xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, 27 dekabr tarixində konvensiyadan çıxmaq üçün tələb olunan prosedurların müddəti başa çatıb.

Konvensiyadan çıxış Litvaya bu növ sursatların istifadəsi, saxlanılması və istehsalı imkanını verir. Daha əvvəl müdafiə nazirinin müavini Karolis Aleksa bildirib ki, Ottava Konvensiyasından çıxışdan sonra Litva 2026-cı ildən etibarən Finlandiya ilə birlikdə öz ehtiyacları üçün, eləcə də Ukraynaya ötürülməsi məqsədilə piyada əleyhinə minaların istehsalını planlaşdırır.

Məlumata görə, bu məqsədlər üçün yüz milyonlarla avro vəsait ayrılması nəzərdə tutulur. Bundan əlavə, tərəfdaş ölkələr tank əleyhinə minaların da istehsalını həyata keçirməyi planlaşdırır.

İlqar Xudiyev Litva Ottava Konvensiyası mina istehsalı

Xəbər Lenti