Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 14:24
ABŞ və Ukrayna prezidentləri Floridada görüşdən əvvəl Avropa liderləri ilə telefon danışığı aparacaqlar.
APA xəbər verir ki, bu barədə “Reuters” Avropa Komissiyası nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıq bu gün baş tutacaq və telekonfransda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edəcək.
Xatırladaq ki, Ukrayna və ABŞ liderlərinin görüşü Trampın Mar-a-Lago iqamətgahında sabah yerli vaxtla 15:00-da başlayacaq.
İlqar Xudiyev Zelenski Tramp ABŞ Avropa liderləri Ursula von der Leyen