Rusiyada benzin və dizel yanacağının ixracına qoyulan müvəqqəti qadağa uzadılıb

Tarix: 27 Dec 2025 14:14

Rusiya hökuməti benzin, dizel yanacağı və digər yanacaq növlərinin ixracına müvəqqəti qadağanı uzadıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “TASS” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni fərmanla avtomobil benzininin ölkə xaricinə ixracına müvəqqəti qadağa 28 fevral 2026-cı ilə qədər uzadıb", - deyə bəyanatda bildirilir. Qadağa birbaşa istehsalçılar da daxil olmaqla hər kəsə şamil olunacaq.

Bununla yanaşı, fərmanla gəmi yanacağının, dizel yanacağının və digər qazoyllərin, o cümlədən birjadan alınanların ixracına qoyulan qadağanı 28 fevral 2026-cı ilə qədər uzadılıb. Bu, neft məhsullarının birbaşa istehsalçılarına şamil edilməyəcək.

Məhdudiyyətlər 28 dekabrda qüvvəyə minəcək. Hökumət daxili yanacaq bazarında sabitliyi qorumaq üçün bu tədbirləri həyata keçirir.

Emil İsmayılov Rusiya benzin dizel yanacaq

Xəbər Lenti