Cümə axşamı, 11 İyun, 2026
Tarix: 27 Dec 2025 15:34
Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.
APA xəbər verir ki, Şahbuz rayon Biçənək kəndində avto qəza nəticəsində D-119-luq qaz xətti qırılıb. Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Ceyhun Məmmədov
Mənbə: apa.az