Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 15:32
Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib. APA-nın yerli bürosu xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.
Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.
Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.
Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
Cəmilə Babayeva