Biləsuvarda toy karvanında ağır qəza olub, ölənlər var

Biləsuvarda toy karvanında ağır qəza olub, ölənlər var

Tarix: 27 Dec 2025 18:34

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

İlkin Rzayev qəza

Mənbə: apa.az

Xəbər Lenti