Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb - VİDEO

Tarix: 27 Dec 2025 15:34

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

APA xəbər verir ki, Şahbuz rayon Biçənək kəndində avto qəza nəticəsində D-119-luq qaz xətti qırılıb. Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

https://t.me/apa_az/111091

Ceyhun Məmmədov

Xəbər Lenti