Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 21:31
Ukrayna və Rusiya arasında danışıqlar prosesi, Moskvanın qarşıya qoyduğu məqsədlər nəzərə alınsa belə, zəruridir. APA xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Suspilne”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, fevral ayında sülh razılaşmasına nail olmaq üçün müəyyən imkan pəncərəsi yarana bilər. Budanov hesab edir ki, bu dövr həm Rusiya, həm də Ukrayna üçün müəyyən nəticələr əldə etmək baxımından ən əlverişli mərhələdir.
“Bu, hərbi fəallıqla, istilik mövsümü ilə və digər amillərlə bağlıdır. Burada çoxsaylı faktorlar rol oynayır”, – deyə Budanov vurğulayıb.