Şənbə, 27 Dekabr, 2025
Tarix: 27 Dec 2025 21:20
Rusiya prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsini ziyarət edib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin komanda məntəqəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.
Putinə "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti -red) Dimitrov şəhərinin, Zaporojye vilayətinin Qulyaypole şəhərinin ələ keçirildiyi məruzə olunub.
Fərid Əkbərov